Klublararası dünya çempionatında G qrupunun son oyunları keçirilib.
Bizim.Media xəbər verir ki, "Yuventus" - "Mançester Siti" matçında qrup liderinin taleyinə aydınlıq gəlib.
Məhsuldar keçən qarşılaşmada qapılara 7 qol vurulub. İngiltərə təmsilçisi 5:2 hesabı ilə üstün olub. "Şəhərlilər" qrup lideri kimi pley-offa yüksəliblər.
Heç bir əhəmiyyət kəsb etməyən digər qarşılaşmada isə "Əl-Ayn" Vidad Kasablanka"nı 2:1 hesabı ilə məğlub edib.
G qrupu
3-cü tur
26 iyun
23:00. "Yuventus" - "Mançester Siti" - 2:5.
Bizim.Media