Son günlər heyvanlara qarşı amansız rəftarla bağlı görüntülər paylaşılır.
Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, bir neçə gün əvvəl pişiyin dilinin kəsilməsinin ardınca bu gün Bakı şəhəri, Zabrat qəsəbəsində itə qarşı zorakılıq halı qeydə alınıb.
Paylaşılan görüntülərdə pişiyin dilinin dibindən kəsildiyi, itin isə yoğun bağırsağına boru keçirildiyi əks olunub.
Məlumata görə, heyvanlarla rəhmsiz rəftarla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır. Tədbirlərin nəticəsi barədə məlumat veriləcək.
Bizim.Media