Rusiyanın Saxalin bölgəsində ayı iki nəfərə hücum edib.
Bizim.Media xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Məlumata görə, hadisə Yujno-Saxalinskdə “Üç maral” heykəlinin yaxınlığında qeydə alınıb.
Heyvan meşədən çıxaraq iki kişiyə hücum edib. Hücum nəticəsində hər iki şəxs də ölüb. Meyitlərdən birində ayı dişləməsinin izləri olub.
Belə ki, ayı birini öldürdükdən sonra xilasedicilər cəsədi götürməyə çalışarkən başqa bir meyit tapıblar.
Yaralı şəxs ayıdan qaça bilsə də, xilasedicilər gələnə kimi həyatını itirib.
Yerli əhalinin dediyinə görə, bu ərazidə çoxlu ayı var, ona görə də ehtimal olunur ki, bu şəxsləri iki fərqli ayı parçalaya bilər.
Bizim.Media