İsrail Müdafiə Qüvvələri bildirib ki, İranda altı hava limanına hücum edərək 15 döyüş təyyarəsini məhv edib.
Bizim.Media xəbər verir ki, bu barədə rəsmi açıqlamada verilib:
“Hücumlar nəticəsində qalxma-enmə zolaqları, yanacaq doldurma təyyarəsi, həmçinin F-14, F-5 və AH-1 tipli təyyarələr zərər görüb və ya məhv edilib.”
Məhv edilmiş təyyarələr İsrail Hərbi Hava Qüvvələrinə qarşı istifadə olunmaq və onların İran ərazisinə hava hücumlarının qarşısını almaq üçün nəzərdə tutulmuşdu.
Bu əməliyyat nəticəsində İsrail Hərbi Hava Qüvvələri İranın bu hava limanlarından qalxma və əməliyyat aparmaq imkanlarını effektiv şəkildə məhdudlaşdırıb. İran ordusunun hava qüvvələrinin həmin baza və hava limanlarından fəaliyyət göstərməsi əngəllənib.
Bu zərbələr İran-İsrail arasında gərginliyin daha da artdığı bir dövrdə baş verir və regionda təhlükəsizlik vəziyyətini daha da mürəkkəbləşdirir.
Bizim.Media