Qalıqları Xocavənd rayonunda tapılan Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Fuad Cəfər oğlu Ələsgərovun meyitinin qalıqları Tovuz rayonuna gətirilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, şəhidin nəşi rayonun Ağbaşlar kəndində ailəsinə təhvil verilib.
Tovuz rayon ictimaiyyətinin, şəhidinin qohumları və yaxınlarının iştirakı ilə vida mərasimi keçirilib. Tovuzda keçirilən vida mərasimindən sonra şəhid Fuad Ələsgərov Ağbaşlar kənd qəbiristanlığında dəfn olunub.
Qeyd edək ki, Fuad Cəfər oğlu Ələsgərov 1974-cü il martın 8-də Tovuzun Ağbaşlar kəndində anadan olub.
O, 1993-cü il avqustun 31-də Füzuli rayonunun Kürdmahmudlu kəndi istiqamətində itkin düşüb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu