“Yol-nəqliyyat hadisələrinin iştirakçısı olmamaq üçün qaydalara əməl edilməlidir. Hərəkət zamanı yollarda diqqətli olmalı, digərlərinə hörmətlə yanaşmalı, hər bir şəxs həyat və sağlamlığını hər şeydən üstün tutmalıdır”.
Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.
NİİM qaydalara əməl etməyən sürücülərin törətdiyi qəzaların görüntülərini yayıb.
Bizim.Media