“Bal Badem”in fəaliyyəti dayandırıldı - VİDEO

Bakıda fəaliyyət göstərən “Bal Badem” şirniyyat istehsalı və satışı obyektinin fəaliyyəti dayandırılıb.

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 162 ünvanında yerləşən “Bal Badem” şirniyyat istehsalı və satışı obyektində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Belə ki:

- obyekt odsöndürən balonlarla tam təmin olunmayıb;
 

- obyektin elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib, elektrik avadanlıqlarının torpaqlanmasına dair sınaq protokolları tərtib olunmayıb;


- pilləkən qəfəsinin altında otaq (anbar) quraşdırılıb;

- ⁠ obyektin işçiləri yanğın təhlükəsizliyi ilə bağlı təlimatlandırılmayıb və bu barədə xüsusi jurnalda qeydlər aparılmayıb;

- elektrik lövhələri olan otaq “Yanğın təhlükəsizliyi qaydaları”nın tələblərinə uyğun saxlanılmır;

- köçürmə çıxışlarının qapıları çıxışa doğru açılmır və köçürmə yollarının üzərində “Çıxış” sözü yazılmış işıqlandırıcı lövhələr asılmayıb;

- obyekt avtomatik yanğınxəbərverici siqnalizasiya sistemi ilə təchiz olunmayıb;

- insanların və qiymətli əşyaların köçürülməsi üçün “Köçürmə planı” işlənib hazırlanmayıb;

- obyektin daşınmaz əmlakı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb;

- obyektin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 162 ünvanında yerləşən “Bal Badem” şirniyyat istehsalı və satışı obyektinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu mağazada vaxtı keçmiş məhsullar satılır – FOTO

Bu mağazada vaxtı keçmiş məhsullar satılır – FOTO

Qaraçuxurda evdən 14 minlik qızıl OĞURLANDI

Qaraçuxurda evdən 14 minlik qızıl OĞURLANDI

Ermənistan İranla bağlı gizli məlumatları ABŞ və İsrailə ötürüb – SENSASİON DETALLAR

Ermənistan İranla bağlı gizli məlumatları ABŞ və İsrailə ötürüb – SENSASİON DETALLAR

İsrail F-16-sı “Şahed” PUA-sını belə vurdu – ANBAAN VİDEO

İsrail F-16-sı “Şahed” PUA-sını belə vurdu – ANBAAN VİDEO

Pezeşkian: “Müharibəyə yalnız bu halda son qoyulacaq” – FOTO

Pezeşkian: “Müharibəyə yalnız bu halda son qoyulacaq” – FOTO

“Kəpəz” bütün legionerlərini komandadan göndərir?

“Kəpəz” bütün legionerlərini komandadan göndərir?

SON DƏQİQƏ! Qaxın icra başçısı SAXLANILDI

SON DƏQİQƏ! Qaxın icra başçısı SAXLANILDI

Azərbaycanın tanınmış hoteli fəaliyyətini dayandırdı

Azərbaycanın tanınmış hoteli fəaliyyətini dayandırdı

"Zara", "Mango", "Guess"i istehsal edən tekstil firması müflis oldu

"Zara", "Mango", "Guess"i istehsal edən tekstil firması müflis oldu

Şəkər haqqında məşhur mif doğru deyilmiş…

Şəkər haqqında məşhur mif doğru deyilmiş…

İlham Əliyev UFC-nin prezidentini qəbul etdi – FOTO

İlham Əliyev UFC-nin prezidentini qəbul etdi – FOTO

Mövsümdən əvvəl satılan qarpızlar TƏHLÜKƏ SAÇIR – Nələrə DİQQƏT edək?

Mövsümdən əvvəl satılan qarpızlar TƏHLÜKƏ SAÇIR – Nələrə DİQQƏT edək?

"Klon"un aktyoru vəfat etdi – FOTO

"Klon"un aktyoru vəfat etdi – FOTO

Fransa səfiri Laçında alış-veriş edərkən görüntüləndi – VİDEO

Fransa səfiri Laçında alış-veriş edərkən görüntüləndi – VİDEO

Aprel döyüşlərində əməliyyatlara rəhbərlik etmiş erməni generalların adları AÇIQLANDI

Aprel döyüşlərində əməliyyatlara rəhbərlik etmiş erməni generalların adları AÇIQLANDI

Bakının üç rayonuna prokuror TƏYİN EDİLDİ

Bakının üç rayonuna prokuror TƏYİN EDİLDİ

Azərbaycan ilə Küveyt kənd təsərrüfatı sahəsində əməkdaşlıq edəcək – FƏRMAN

Azərbaycan ilə Küveyt kənd təsərrüfatı sahəsində əməkdaşlıq edəcək – FƏRMAN

“Sabah”ın yeni baş məşqçisi MƏLUM OLDU

“Sabah”ın yeni baş məşqçisi MƏLUM OLDU

Əhalinin DİQQƏTİNƏ! Evlərin sığortalanması ilə bağlı MÜHÜM YENİLİK

Əhalinin DİQQƏTİNƏ! Evlərin sığortalanması ilə bağlı MÜHÜM YENİLİK

Xarici diplomatlar Laçında - Qarabağ xalçaları nümayiş OLUNDU - FOTO

Xarici diplomatlar Laçında - Qarabağ xalçaları nümayiş OLUNDU - FOTO

“Bayer”in futbolçusu “Liverpul”la müqavilə BAĞLAYIR

“Bayer”in futbolçusu “Liverpul”la müqavilə BAĞLAYIR

Migrenə qarşı mübarizədə bu üsulları YOXLAYIN

Migrenə qarşı mübarizədə bu üsulları YOXLAYIN

İcra Hakimiyyəti bu ada “yox” demişdi, məhkəmə İCAZƏ VERDİ

İcra Hakimiyyəti bu ada “yox” demişdi, məhkəmə İCAZƏ VERDİ

İlham Əliyev Çinlə imzalanan sənədləri TƏSDİQLƏDİ

İlham Əliyev Çinlə imzalanan sənədləri TƏSDİQLƏDİ

End of content

No more pages to load

RADİO