Dünən gecə Günəşdə ilin üçüncü ən güclü, X1.9 sinifli partlayışı qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası məlumat yayıb.
Günəşdə belə güclü partlayış bu ilin 14 may və 23 fevral tarixdlərində olub.
Alışmanı artıq iyun ayında dəfələrlə günəş aktivliyi mənbəyi olan 4114 saylı aktiv bölgə yaradıb.
Laboratoriya yüksək gücə və Günəş-Yer xəttinə yaxın olmasına baxmayaraq, emissiyanın baş verdiyi bölgənin Yerə nəzərəçarpan təsir göstərmədiyini vurğulayıb. Bildirilib ki, atılan bütün plazma buludları planetimizə deyil, Günəş sisteminin şimal qütbünə qalxıb. Alimlər bunun Günəşin aktiv mərkəzinin konfiqurasiyasının özəllikləri ilə bağlı ola biləcəyini irəli sürüblər.
Xatırladaq ki, iyunun 18-nə keçən gecə Yer kürəsinə maksimum təsir zonasında X1.2 sinifli güclü günəş alışması qeydə alınmışdı.
Bizim.Media