Ukrayna Hərbi Əsir və İtkin Düşənlərlə İş üzrə Koordinasiya Qərargahı məlumat yayıb ki, Rusiya Federasiyası Ukraynaya daha 1245 nəfər Ukrayna Silahlı Qüvvələrinin (USQ) həlak olmuş hərbçisinin cəsədini təhvil verib.
Bizim.Media xəbər verir ki, bu, cəsədlərin geri qaytarılması üzrə son mərhələ olub.
Qərargahın açıqlamasına görə, bu humanitar prosedur başladığı gündən indiyədək Ukrayna ümumilikdə 6057 nəfər hərbçisinin nəşini geri alıb.
Eyni zamanda Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski bildirib ki, Rusiya tərəfi İstanbulda əldə olunmuş humanitar razılaşmalara tam əməl edib və ümumilikdə 6060 nəfər ukraynalı hərbçinin cəsədini qarşı tərəfə təhvil verib.
Rusiya tərəfinin məlumatına əsasən, bu proses çərçivəsində Kiyev Rusiyaya 78 nəfər rus hərbçisinin cəsədini qaytarıb.
Bu məlumat tərəflər arasında humanitar razılaşmaların çətin şərtlər altında belə davam etdiyini göstərir. Ölənlərin ailələrinə nəşlərin qaytarılması, müharibənin ən acı tərəflərindən biri olan insani dəyərlərə hörmətin bir nümunəsi kimi qiymətləndirilir.
Bizim.Media