İsrail İranın Məşhəd hava limanını vurub.
Bizim.Media xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
İsrail ordusu bildirir ki, İranın Məşhəd şəhərinin hava limanında yanacaq daşıyan təyyarə vurulub.
Məlumata görə, bu nöqtə İsraildən 2300 km məsafədə yerləşir və münaqişə başlayandan bəri vurulan ən uzaq məsafəli hədəf sayılır.
Bizim.Media