Xalq yazıçısı Elçin Əfəndiyev I Fəxri xiyabanda dəfn olunub.
Bizim.Media xəbər verir ki, əvvəlcə mərhumla Milli Gənc Tamaşıçılar Teatrında vida mərasimi keçirilib.
Ardınca cənazə dəfn olunmaq üçün Birinci Fəxri xiyabana aparılıb.
Dəfn mərasimində Baş nazir və müavinləri, mədəniyyət nazirinin müavinləri, mərhumun qələm dostları, ailə üzvləri, mədəni-ictimai xadimlər iştirak ediblər.
Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media