“Bu taleyin cəzasıdır ki, mən dostlarımın dəfn mərasimində çıxış edirəm”.
Bizim.Media xəbər verir ki, bunu Xalq yazıçısı Elçin Əfəndiyevin vida mərasimində Azərbaycan Yazıçılar Birliyinin sədri Anar deyib.
MÖVZU İLƏ BAĞLI:
Elçin Əfəndiyevlə vida mərasimi KEÇİRİLİR – FOTO/VİDEO
O, Elçinlə 60 ildir dost olduğunu bildirib:
"Mənim üçün Elçin çox vəfalı, etibarlı dost idi. Biz 60 ildir hər gün ya görüşür, ya da telefonla danışırdıq. Mən bilmirəm indi kimə zəng edim. Bu da taleyin cəzasıdır ki, dostlarımı dəfn edirəm və dəfnində iştirak edirəm".
Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media