Xalq artisti Arif Babayevlə Beynəlxalq Muğam Mərkəzində keçirilən vida mərasimi başa çatıb.
Bizim.Media xəbər verir ki, mərasimdə mədəniyyət naziri Adil Kərimli və müavinləri, ölkənin mədəni-ictimai xadimləri, mərhumun ailə üzvləri və sənət dostları iştirak ediblər.
Mərhumun nəşi alqışlarla yola salınıb.
Qeyd edək ki, Arif Babayevin dəfn mərasimi I Fəxri xiyabanda baş tutacaq.
Bizim.Media