Adil Kərimli: "Arif Babayevin sənət məktəbi yaşayacaq" - VİDEO

Muğam Mərkəzində keçirilən vida mərasimində çıxış edən mədəniyyət naziri Adil Kərimli xalq artisti Arif Babayevin vəfatı ilə bağlı dərin kədərini ifadə edib:

"Bu gün səhər saatlarında aldığımız xəbər hər birimizi dərindən sarsıtdı. Azərbaycan musiqi sənətini dünyaya tanıdan, onu qəlblərdə yaşadan, xalqımızın sevimlisi, xalq artisti Arif Babayevi itirdik. Yaşından asılı olmayaraq, hər kəsin qəlbində onun xatirəsi və izi var idi. Ölüm xəbəri qısa zamanda yayıldı və artıq qardaş ölkələrdən başsağlığı mesajları almağa başlamışıq. Biz bu gün onun itkisini və kədərini yaşayırıq".
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev və Mehriban Əliyeva Arif Babayevin vəfatı ilə bağlı nekroloq imzaladılar


Nazir qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mərhumun ailəsinə başsağlığı veriblər.

"Ulu Öndər Heydər Əliyev Arif Babayevin sənətinə hər zaman xüsusi diqqət və qayğı ilə yanaşırdı. Son dəfə onu bir neçə gün əvvəl xəstəxanada ziyarət etdim. Gözlərindəki səmimiyyət, hər şeydən razı halı məni çox təsirləndirdi. Həmin anlar yaddaşımdan silinməyəcək. Həkimlərə də təşəkkür edirəm – o dünyadan razılıqla köçdü. Onun hər birimizin qəlbində xüsusi yeri var və bu xəbər uzun müddət bizləri kədərləndirəcək."

Adil Kərimli bildirib ki, Arif Babayevin sənət məktəbi yaşayacaq:

"Bu gün qərarım və planım odur ki, Arif Babayevin yaratdığı sənət məktəbi yaşasın. O, bizə böyük bir irs – milli dəyərləri yaşatmağı miras qoyub. Ailəsinə, yaxınlarına və bütün mədəniyyət ictimaiyyətinə dərin hüznlə başsağlığı verirəm. Bəli, cismən aramızdan getsə də, hər səhifədə, hər səhnədə onun izi qalacaq”.


Aygün Hüseyn, Elcan Bəşirli, Pərviz Allahverdiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kürdəmirdə zəli ovlayan şəxslərə HÖKM OXUNUB

Kürdəmirdə zəli ovlayan şəxslərə HÖKM OXUNUB

İstehsalçılar, fermerlər və satıcıların elektron portala qeydiyyatı BAŞLADI

İstehsalçılar, fermerlər və satıcıların elektron portala qeydiyyatı BAŞLADI

Hakimi 15 ilədək HƏBS OLUNA bilər

Hakimi 15 ilədək HƏBS OLUNA bilər

Qarpız yeyəndə EHTİYATLI OLUN: Şirin ləzzətin arxasında gizlənən təhlükələr

Qarpız yeyəndə EHTİYATLI OLUN: Şirin ləzzətin arxasında gizlənən təhlükələr

Mask Aİ-nin dağılmasının TƏRƏFDARIDIR: "Avropada demokratiyanı məhv edir"

Mask Aİ-nin dağılmasının TƏRƏFDARIDIR: "Avropada demokratiyanı məhv edir"

Bitki çaylarının faydası və ziyanı

Bitki çaylarının faydası və ziyanı

ABŞ və NATO Ukraynaya hərbi təchizat üçün yeni maliyyə mexanizmi YARADIR

ABŞ və NATO Ukraynaya hərbi təchizat üçün yeni maliyyə mexanizmi YARADIR

“İmişli” braziliyalı yarımmüdafiəçi TRANSFER ETDİ

“İmişli” braziliyalı yarımmüdafiəçi TRANSFER ETDİ

Çimərliklərdə avtoxuliqanlıq edənləri nə gözləyir? - VİDEO

Çimərliklərdə avtoxuliqanlıq edənləri nə gözləyir? - VİDEO

Azərbaycan kinosunun yaranmasından 127 il ÖTÜR

Azərbaycan kinosunun yaranmasından 127 il ÖTÜR

Barat Yusubov bütün orqanlarını bağışladı - FOTO

Barat Yusubov bütün orqanlarını bağışladı - FOTO

Yekaterinburqda azərbaycanlıların bazarına yeni hücum – VİDEO

Yekaterinburqda azərbaycanlıların bazarına yeni hücum – VİDEO

Rusiya Xarkova dronla zərbə endirdi - Yaralılar var

Rusiya Xarkova dronla zərbə endirdi - Yaralılar var

Elektrikli maşınların ömrü uzun OLMAYACAQ - Daha sərfəli variant var

Elektrikli maşınların ömrü uzun OLMAYACAQ - Daha sərfəli variant var

13 ildən sonra İLK UÇUŞ - VİDEO

13 ildən sonra İLK UÇUŞ - VİDEO

“Neftçi” son hazırlıq matçında da qalib gələ BİLMƏDİ

“Neftçi” son hazırlıq matçında da qalib gələ BİLMƏDİ

Gəncədə iki maşın toqquşdu, 3 nəfər xəstəxanalıq oldu

Gəncədə iki maşın toqquşdu, 3 nəfər xəstəxanalıq oldu

Vadji “Turan Tovuz”un ən çox maaş alan oyunçusu oldu

Vadji “Turan Tovuz”un ən çox maaş alan oyunçusu oldu

Mingəçevirdə yaşlı qadını maşın vurub öldürdü

Mingəçevirdə yaşlı qadını maşın vurub öldürdü

“Google”da YENİLİK: Hər kəs daxil ola bilməyəcək…

“Google”da YENİLİK: Hər kəs daxil ola bilməyəcək…

Sabah Bakıda hava çox əlverişsiz olacaq - XƏBƏRDARLIQ

Sabah Bakıda hava çox əlverişsiz olacaq - XƏBƏRDARLIQ

Azərbaycan klubu litvalı basketbolçu TRANSFER ETDİ

Azərbaycan klubu litvalı basketbolçu TRANSFER ETDİ

Baş Şirvan kollektorunda iki nəfər BOĞULDU

Baş Şirvan kollektorunda iki nəfər BOĞULDU

Ağdamda yeni Sosial Xidmət Mərkəzi fəaliyyətə BAŞLADI - FOTO

Ağdamda yeni Sosial Xidmət Mərkəzi fəaliyyətə BAŞLADI - FOTO

End of content

No more pages to load

RADİO