Azərbaycan Kinosu Günü münasibətilə silsilə tədbirlər KEÇİRİLƏCƏK - FOTO

Avqustun 2-də Azərbaycanda kinonun yaranmasının 127-ci ildönümü tamam olur. Bu gün kino işçilərinin peşə bayramı kimi təqvimimizə yazılıb. Hər il kinomuzun bayramı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkil etdiyi müxtəlif tədbir, təqdimat və film nümayişləri ilə yadda qalır. Bu il də Kino Günü münasibətilə silsilə tədbirlər keçiriləcək.

Bu barədə Bizim.Media-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.
 

Bildirilib ki, avqust 1-i saat 20:00-da Xətai rayonundakı Heydər Əliyev adına parkın amfiteatrında Mədəniyyət Nazirliyi, Kino Agentliyi (ARKA), Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Xətai Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rejissor Əli-Səttar Quliyevin “Əlvida, Şmitd!” (2019) tammetrajlı bədii filmi nümayiş olunacaq.


Filmin yaradıcı heyəti də kinosevərlərlə görüşə qatılacaq.

Avqustun 2-də Nizami Kino Mərkəzində bir sıra yerli rejissorların ekranlaşdırdığı filmlər nümayiş etdiriləcək.
 

Saat 14:00-dan etibarən Azər Quliyevin “İkinci planetin qırmızı rəngi”, Qulu Əsgərovun “Hasar”, Rüstəm Babazadənin “Son payız”, Teymur Qəmbərovun “İki gün”, Elşən Zeynallının “Müharibənin gözləri” və Murad Muradovun “Danışır və göstərir Şuşa” filmləri göstəriləcək.


Həmin gün saat 18:00-da Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Kinosu Gününə həsr olunan təntənəli tədbir keçiriləcək.

Tədbir çərçivəsində Azərbaycan kinosunun inkişafına və təbliğinə töhfə vermiş kino işçiləri təltif olunacaq.
 

Tədbirdə Mədəniyyət Nazirliyinin sifarişi ilə istehsal edilən “Oriondan sevgilərlə” (rejissor Rafiq Hacıyev), “Düşmüş mələk” (Elmar Fərzəli) və “Torpağı sanı yaşayasan” (Samir Kərimoğlu) qısametrajlı bədii filmlərinin premyerası olacaq.


Avqustun 2-də saat 20:00-da isə Dənizkənarı Bulvar İdarəsi və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının birgə təşkilatçılığı, Mədəniyyət Nazirliyi və ARKA-nın dəstəyi ilə açıq havada “Əhməd haradadır?” (rejissor Adil İsgəndərov, 1963) bədii filmi nümayiş olunacaq.

Qeyd edək ki, bu əlamətdar tarixin əsası 1898-ci il avqustun 2-də Bakıda ilk kinosüjetlərin kütləvi nümayişi ilə qoyulub.

Ulu öndər Heydər Əliyevin 2000-ci ilin 18 dekabr tarixində imzaladığı Sərəncama əsasən, 2 avqust “Azərbaycan Kinosu Günü” elan edilib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qarabağa səfər edənlərin NƏZƏRİNƏ! - VİDEO

Qarabağa səfər edənlərin NƏZƏRİNƏ! - VİDEO

Əziz Sancar Şimali Kipr Türk Respublikası vətəndaşı oldu

Əziz Sancar Şimali Kipr Türk Respublikası vətəndaşı oldu

Bakı, İstanbul, indi də Misirdə... - Video

Bakı, İstanbul, indi də Misirdə... - Video

Avropa Zelenskini “kürəyindən BIÇAQLADI” – Ukraynanın xilası üçün bircə yol qaldı...

Avropa Zelenskini “kürəyindən BIÇAQLADI” – Ukraynanın xilası üçün bircə yol qaldı...

Atası ilə birgə meyiti tapılan Səbinə danışa və gəzə bilmirmiş...

Atası ilə birgə meyiti tapılan Səbinə danışa və gəzə bilmirmiş...

İranlı aparıcının paylaşımı müzakirələrə səbəb oldu – FOTO

İranlı aparıcının paylaşımı müzakirələrə səbəb oldu – FOTO

Magistraturaya sənəd qəbulunun müddəti UZADILDI

Magistraturaya sənəd qəbulunun müddəti UZADILDI

İpotekada olan evlərin satışında yeni QAYDALAR

İpotekada olan evlərin satışında yeni QAYDALAR

Vüqar Qurbanov bu rayonlara direktorlar təyin etdi – FOTO

Vüqar Qurbanov bu rayonlara direktorlar təyin etdi – FOTO

“Temu”nun manata hörmətsizliyi – Azərbaycan puluna əl-ayaq siləcəklər?! – FOTO

“Temu”nun manata hörmətsizliyi – Azərbaycan puluna əl-ayaq siləcəklər?! – FOTO

Ceyhun Bayramov İsrailin yeni təyin olunmuş səfiri ilə görüşdü – FOTO

Ceyhun Bayramov İsrailin yeni təyin olunmuş səfiri ilə görüşdü – FOTO

“Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir

“Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir

Azərbaycan qazının Suriyaya nəqlini maliyyələşdirdiyi üçün Qətərə TƏŞƏKKÜR ETDİ

Azərbaycan qazının Suriyaya nəqlini maliyyələşdirdiyi üçün Qətərə TƏŞƏKKÜR ETDİ

Azərbaycanda kredit kartlarına LİMİT QOYULDU

Azərbaycanda kredit kartlarına LİMİT QOYULDU

İlkin turistlərlə bağlı qurumlara səsləndi - Video

İlkin turistlərlə bağlı qurumlara səsləndi - Video

Ermənipərəst Menendesin arvadına məhkəmədən şok: Təqsirli bilindi, həbs gözləyir

Ermənipərəst Menendesin arvadına məhkəmədən şok: Təqsirli bilindi, həbs gözləyir

Arif Babayev I Fəxri xiyabanda dəfn olundu – VİDEO

Arif Babayev I Fəxri xiyabanda dəfn olundu – VİDEO

"Labubu"ya görə yeni peşə yarandı

"Labubu"ya görə yeni peşə yarandı

İşğaldan azad edilmiş ərazilərdə ötən ay aşkarlanan minaların SAYI

İşğaldan azad edilmiş ərazilərdə ötən ay aşkarlanan minaların SAYI

TASS-dan Xankəndi ilə bağlı geri ADDIM – FOTO

TASS-dan Xankəndi ilə bağlı geri ADDIM – FOTO

DİN Bakıda əməliyyat keçirdi: Saxlanılanlar var – FOTO

DİN Bakıda əməliyyat keçirdi: Saxlanılanlar var – FOTO

Arif Babayevin nəşi I Fəxri Xiyabana aparılır – VİDEO

Arif Babayevin nəşi I Fəxri Xiyabana aparılır – VİDEO

“TV1” kanalı 1 yaşını qeyd edir - VİDEO

“TV1” kanalı 1 yaşını qeyd edir - VİDEO

Kriminal musiqiyə görə işdən çıxarılan direktorun iddiası təmin edilmədi – VİDEO

Kriminal musiqiyə görə işdən çıxarılan direktorun iddiası təmin edilmədi – VİDEO

End of content

No more pages to load

RADİO