"Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır".
Bizim.Media xəbər verir ki, bu informasiyanı oxu.az-a Mərkəzi Klinikanın baş həkimi Kamran Musayev verib.
Onun sözlərinə görə, xalq artistinin müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir.
Xatırladaq ki, iyulun 23-də Xalq artisti Arif Babayev kəskin tənəffüz çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Vəziyyəti kritik ağır olduğundan paytaxtdakı tibb müəssisəsinə təxliyə edilib.
Bizim.Media