“Tağıyev” filmi maliyyə problemlərinə görə 8 bölümdən 4 bölümü çəkilə bilib.
Bizim.Media xəbər verir ki, bu barədə Tağıyev filminin rejissoru və ssenari müəlliflərindən biri olan Zaur Qasımlı “Gilavar” adlı YouTube verilişində danışıb.
Onub sözlərinə görə, maliyyə imkanlarının məhdudluğu səbəbindən hazırda yalnız ilk 4 bölüm ekranlaşdırılıb. Əgər maliyyə dəstəyi olsa, qalan 4 bölüm də ikinci sezon çəkilərək tamaşaçılara təqdim ediləcək.
Qeyd edək ki, Bakı Media Mərkəzinin istehsalı olan “Tağıyev” filminin ilk iki bölümü – “Tağıyev: Neft” və “Tağıyev: Çar” artıq kinoteatrlarda nümayiş olunub.
Bizim.Media