Şuşada Vaqif Poeziya Günləri başa çatdı

Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə keçirilən Vaqif Poeziya Günləri çərçivəsində iyulun 23-də Şuşada Xan qızı Natəvanın evinin qarşısında “Sözün hökmdarı” adlı teatr tamaşası nümayiş olunub.
 

MÖVZU İLƏ BAĞLI :

Şuşada Vaqif Poeziya Günləri keçirilir – FOTO



Bizim.Media xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, ssenari müəllifi isə şair, yazıçı İlqar Fəhmidir. Səhnə əsərində vaxtilə hökmdar olmuş şəxslərin sözə, şeirə münasibəti və hökmdar olduqları halda belə ruhlarında daşıdıqları incəliklər əks olunub.

Beləliklə, Qarabağ torpağında yenidən şeir, qəzəl sədaları yayılıb. Qədim Azərbaycan torpağı Şuşa növbəti dəfə unudulmaz mədəniyyət tədbirinə ev sahibliyi edib. Bununla da, Vaqif Poeziya Günləri başa çatıb.


Qeyd edək ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin iştirakı ilə 1982-ci il yanvarın 14-də Şuşada Molla Pənah Vaqifin məqbərəsinin və Poeziya Evinin təntənəli açılışı olub. Məhz bu səfər çərçivəsində Ümummilli Lider Heydər Əliyev Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş verib.
 

Müasir Azərbaycan ədəbiyyatı tarixində öz bənzərsizliyi ilə seçilən Vaqif Poeziya Günləri həmin tarixdən etibarən 1991-ci ilədək hər il şairin vətəni Qazaxdan başlayıb Şuşanın əsrarəngiz Cıdır düzündə yekunlaşardı.


Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun zəfəri nəticəsində Şuşa şəhəri erməni işğalından azad edildikdən sonra Vaqif Poeziya Günləri yenidən öz yurdunda - mədəniyyət paytaxtımızda keçirilməkdədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Medinski: “Moskva və Kiyevin mövqeləri bir-birindən çox uzaqdır”

Medinski: “Moskva və Kiyevin mövqeləri bir-birindən çox uzaqdır”

Xocavənddə meşə yanğını DAVAM EDİR - VİDEO

Xocavənddə meşə yanğını DAVAM EDİR - VİDEO

Aeroport yolunda maşın dəmir arakəsməni yararaq divara çırpıldı - VİDEO

Aeroport yolunda maşın dəmir arakəsməni yararaq divara çırpıldı - VİDEO

Şəmkirdə dava QANLA NƏTİCƏLƏNDİ

Şəmkirdə dava QANLA NƏTİCƏLƏNDİ

“Karvan”dan NÖVBƏTİ TRANSFER

“Karvan”dan NÖVBƏTİ TRANSFER

Rusiya Ukraynaya 48 saatlıq atəşkəs TƏKLİF ETDİ

Rusiya Ukraynaya 48 saatlıq atəşkəs TƏKLİF ETDİ

Aysel Teymurzadə uzun müddət sonra - ÖZƏL/VİDEO

Aysel Teymurzadə uzun müddət sonra - ÖZƏL/VİDEO

Cavid Qurbanovun oğluna yeni vəzifə VERİLDİ

Cavid Qurbanovun oğluna yeni vəzifə VERİLDİ

Kiyev Moskvaya avqustun sonuna qədər prezidentlərin görüşünü təşkil etməyi TƏKLİF ETDİ

Kiyev Moskvaya avqustun sonuna qədər prezidentlərin görüşünü təşkil etməyi TƏKLİF ETDİ

Məşhur futbolçu KLUB SAHİBİ oldu

Məşhur futbolçu KLUB SAHİBİ oldu

Saatlıda avtomobil piyadanı vuraraq öldürüb

Saatlıda avtomobil piyadanı vuraraq öldürüb

Rusiya və Ukrayna BU MƏSƏLƏ barədə razılığa gəldi

Rusiya və Ukrayna BU MƏSƏLƏ barədə razılığa gəldi

Gündüzqala kəndində vətəndaşların müraciətləri DİNLƏNİLDİ - FOTO

Gündüzqala kəndində vətəndaşların müraciətləri DİNLƏNİLDİ - FOTO

Yalnız GÜNƏŞ və DƏNİZ: Bu bürclərin təcili çimərlik tətilinə ehtiyacı var

Yalnız GÜNƏŞ və DƏNİZ: Bu bürclərin təcili çimərlik tətilinə ehtiyacı var

“Şelburn” – “Qarabağ” oyununda START HEYƏTLƏR açıqlandı

“Şelburn” – “Qarabağ” oyununda START HEYƏTLƏR açıqlandı

İstanbul danışıqlarının üçüncü raundu BAŞA ÇATDI

İstanbul danışıqlarının üçüncü raundu BAŞA ÇATDI

Hakan Fidan: “Rusiya-Ukrayna danışıqlarının əsas məqsədi atəşkəsə nail olmaqdır” - VİDEO

Hakan Fidan: “Rusiya-Ukrayna danışıqlarının əsas məqsədi atəşkəsə nail olmaqdır” - VİDEO

Ağdamın Əlağalı kənd qəbiristanlığı yanğından mühafizə olundu

Ağdamın Əlağalı kənd qəbiristanlığı yanğından mühafizə olundu

“Zirə” – “Hayduk” oyununda bərabərlik - VİDEO

“Zirə” – “Hayduk” oyununda bərabərlik - VİDEO

Türkiyə robot itini TƏQDİM ETDİ - VİDEO

Türkiyə robot itini TƏQDİM ETDİ - VİDEO

Buzovna çimərliyində bir nəfər BATIB

Buzovna çimərliyində bir nəfər BATIB

BMT Yaxın Şərqdəki son hadisələrə görə TƏCİLİ İCLAS keçirir

BMT Yaxın Şərqdəki son hadisələrə görə TƏCİLİ İCLAS keçirir

“Neftçi”dən ayrılan futbolçu bu klubla müqavilə İMZALADI

“Neftçi”dən ayrılan futbolçu bu klubla müqavilə İMZALADI

Dəmiryol mühafizə zonasında qanunsuz tikililərlə bağlı cinayət işi AÇILDI

Dəmiryol mühafizə zonasında qanunsuz tikililərlə bağlı cinayət işi AÇILDI

End of content

No more pages to load

RADİO