Azərbaycanın Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci zirvə toplantısında liderlər üzv ölkələrlə dəvət olunan ölkələr arasında ticarət, nəqliyyat dəhlizləri və regional əlaqələrin gücləndirilməsini prioritet hesab ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə "Euronews"un reportajında deyilir.
Reportajda qeyd olunur ki, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin liderləri və nazirləri ticarət əlaqələrinin gücləndirilməsi, regional əlaqələrin yaxşılaşdırılması yollarını müzakirə etmək üçün Xankəndidə görüşüblər.
Təşkilatın baş katibi, hüquq elmləri doktoru Əsəd Xan bildirib ki, sammitdə nəqliyyat dəhlizlərində inteqrasiyanın inkişafı üçün prioritetlər müəyyən edilib.
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov regional bazarların əlaqələndirilməsində ölkənin rolunu vurğulayıb.
Pakistan nümayəndə heyəti sammitin diplomatik potensialına, Nigeriya nümayəndəsi isə çoxtərəfli əməkdaşlığa diqqət çəkib.
Yekun bəyannamədə ticarət maneələrinin azaldılması, transsərhəd infrastrukturun dəstəklənməsi və İƏT daxilində ticarətin indiki 8%-dən daha çox artırılması öz əksini tapıb.
Bizim.Media