Filmlərin istehsalı üçün çəkilmiş xərclərin 40 faizə qədəri geri ödəniləcək.
Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Kino Agentliyinin baş direktoru Rəşad Əzizov deyib.
O, bildirib ki, bunun 25 faizi əsas rebeyt, 15 faizi isə mədəni senzə dair əlavə rebeytdir.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 may tarixli 610 nömrəli Sərəncamının 1-ci hissəsinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən ölkəmizdə ilk dəfə olaraq “Filmlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi Qaydaları” təsdiq edilib.
Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media