Səlim Babullaoğludan Yekaterinburqdakı hücumlarla bağlı ÇAĞIRIŞ: “Milli münaqişədir”

Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı Səlim Babullaoğlu Yekaterinburqda baş verən hadisə ilə bağlı Rusiyanın tanınmış yazıçılarına və nəşriyyat rəhbərlərinə sosial şəbəkə vasitəsilə müraciət ünvanlayıb.

Bizim.Media-nın məlumatına görə, o, bildirib ki, Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində 50-yə yaxın azərbaycanlı saxlanılıb.
 

Onlardan Səfərov Ziyəddin və Səfərov Hüseyn qətlə yetirilib, Səfərov Bakir və bir neçə nəfər isə ağır bədən xəsarətləri alıb. Hazırda nəşlər ailələrə verilməyib, xəsarət alanların vəziyyəti ilə bağlı dəqiq məlumat yoxdur.


Babullaoğlu qeyd edib ki, qətlə yetirilən şəxslərin yaxın qohumu olan Seyfəddin Hüseynli tanınmış ədəbiyyatşünas, jurnalist və tərcüməçidir. O, Səfərovlar ailəsinin üzvlərinin heç bir cinayətə qarışmadığına inandığını vurğulayıb.

Müraciətdə Rusiyanın ədəbiyyat və mədəniyyət xadimlərindən qətlə yetirilənlərin nəşlərinin ailəyə təhvil verilməsi, yaralanan və saxlanılan şəxslərin səhhəti ilə bağlı məlumatın verilməsi, onlarla ailələrin görüşünə şərait yaradılması və Səfərovlar ailəsinin digər üzvlərinin təhlükəsizliyinin təmin olunması məsələlərində dəstək istənilib.

Babullaoğlu Rusiyadakı ədəbiyyat xadimlərini bu hadisəyə biganə qalmamağa və bir ailənin faciəsinin daha da dərinləşməməsi üçün səylərini əsirgəməməyə çağırıb:

“Dünən Yekaterinburq şəhərində Rusiya hüquq mühafizə orqanları ( bəzi mənbələrin yazdığına görə SOBR, FSB, OMON, polis) tərəfindən əməliyyat, əslində basqın həyata keçirilmiş, nəticədə 50-ə yaxın azərbaycanlı həbs olunub. Rəsmi və qeyri-rəsmi mənbələrin yazdığı məlumatlara görə, guya bu əməliyyat 20-25 il əvvəl bir azərbaycanlının qətl hadisəsi ilə bağlı imiş.

Məsələ budur ki, basqın daha çox Səfərovlar ailəsinin üzvlərinin evlərinə edilib, həbs olunub götürələnlərin arasından Səfərov Ziyəddin və Səfərov Hüseyn sonradan qətl edilib, Səfərov Bakir və bir neçə adam ağır bədən xəsarəti alıblar. Bəzilərinin vəziyyəti ağırdır.
 

Hal-hazırda Səfərovlar ailəsinin qətl edilmiş üzvlərinin nəşi ailə üzvlərinə verilmir, ağır bədən xəsarəti almış və təcrid olunmuş digər insanlarla (Səfərov Bakir, Səfərov Ayaz, Səfərov Akif,
Səfərov Məzahir, Səfərov Kamal, Səfərov Məhəmməd və başqaları) ailə üzvlərinin və vəkillərin görüşünə, əlaqəsinə isə şərait yaradılmır, səhhətləri barədə ətraflı məlumat yoxdur.


İstəyirəm biləsiniz ki, mən Səfərovlar ailəsinin bir çox üzvlərini tanıyıram. Qətlə yetirilmiş Hüseyin və Ziyəddinin qardaşı Seyfəddin Hüseyinli (Səfərovla) ilə 20 ildən artıqdır ki, çiyin-çiyinə işləyirəm. Seyfəddin Hüseyinli tanınmış ədəbiyyatşünas, tərcüməçi, jurnalist, “Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru, Azərbaycanda ən populyar və gündəlik nəşrin- “525-ci qəzet”in baş redaktor müavinidir, həm də rus nəsrinin tərcüməçisidir. Seyfəddinin qardaşı qətl edilən Ziyəddin Səfərovu tanıyırdım, inanclı və çox ədəbli insandı, onun hər hansı cinayətdə iştirakını ehtimal etmək belə absurddur.

Hətta ehtimal olunsa belə ki, bu əməliyyat və basqın nə vaxtsa öldürülmüş 1 nəfər azərbaycanlıya (!) görədir, bu qədər adamın basqın və xüsusi əməliyyatla həbs olunması, iki nəfərin böyük ehtimala görə amansızlıqla öldürülməsi, digərlərinin ağır bədən xəsarətləri alması məntiqsiz, hüquqi baxımdan əsassız görünür. Başqa tərəfdən, 25 il əvvəlki qətldə iştirakı ehtimal olunan konkret şəxsi müvafiq hüquqi prosedurları nəzərə alaraq həbs etmək, istintaqa cəlb etməyin yolu basqındımı?

Bu gün Rusiya hüquq mühafizə orqanlarının iştirakı ilə bir Azərbaycan ailəsində ağır faciə yaşanır. Əminəm ki, bu məsələ yalnız köhnə bir cinayətə görə deyil. Görünən budur ki, bu bizim artıq dəfələrlə şahidi olduğumuz kimi Rusiyada azərbaycanlılara təzyiqin növbəti qanlı təzahürü, milli münaqişədir. Özü də belə hallarda o Azərbaycanlıların Rusiya vətəndaşı olub-olmaması nəzərə alınmır, eynən haqqında danışdığım faciədə olduğu kimi. Əlbəttə, istisna deyil ki, bu prosesdə kimlərinsə biznes maraqları, kimlərinsə milli-etnik qəzəbi əhəmiyyətli rol oynayıb.

Hadisələri tələsdirməyin tərəfdarı deyiləm, bilirəm ki, bunu bəzən istintaqa təzyiq və müdaxilə kimi yoza bilərlər; hərçənd istintaqdan obyektiv qərar da gözləyəcək qədər də sadəlöhv deyiləm”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şabrandakı qəzada xəsarət alanların KİMLİYİ BİLİNDİ

Şabrandakı qəzada xəsarət alanların KİMLİYİ BİLİNDİ

Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri TƏŞKİL EDİLƏCƏK

Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri TƏŞKİL EDİLƏCƏK

Bu legionerlər də “Kəpəz”i TƏRK ETDİ

Bu legionerlər də “Kəpəz”i TƏRK ETDİ

Zelenski Trampla son danışıqlarının təfərrüatlarını AÇIQLADI

Zelenski Trampla son danışıqlarının təfərrüatlarını AÇIQLADI

Yekaterinburqda işgəncələrə məruz qalan Vüqar Səfərov: “Toka” verdilər, elekroşokla vurdular…” - FOTO/VİDEO

Yekaterinburqda işgəncələrə məruz qalan Vüqar Səfərov: “Toka” verdilər, elekroşokla vurdular…” - FOTO/VİDEO

“Sabah” daha bir futbolçu ilə yollarını ayırdı

“Sabah” daha bir futbolçu ilə yollarını ayırdı

Azərbaycanlılara qarşı zorakılıqla bağlı Rusiya Ombudsmanına MÜRACİƏT

Azərbaycanlılara qarşı zorakılıqla bağlı Rusiya Ombudsmanına MÜRACİƏT

SON DƏQİQƏ: Kanalizasiyaya düşən gəncin meyiti TAPILDI - FOTO

SON DƏQİQƏ: Kanalizasiyaya düşən gəncin meyiti TAPILDI - FOTO

Stressin bizə vurduğu ZİYAN

Stressin bizə vurduğu ZİYAN

Litva klubu “Neftçi”nin hücumçusuna dəvət GÖNDƏRDİ

Litva klubu “Neftçi”nin hücumçusuna dəvət GÖNDƏRDİ

Bakı-Quba yolundakı qəzada ölən olmayıb - ÖZƏL/VİDEO

Bakı-Quba yolundakı qəzada ölən olmayıb - ÖZƏL/VİDEO

Krımın hərbi aerodromuna hava zərbələri ENDİRİLDİ

Krımın hərbi aerodromuna hava zərbələri ENDİRİLDİ

İş adamları və əhali bankdan pulunu geri çəkib

İş adamları və əhali bankdan pulunu geri çəkib

Avropa çempionu olan güləşçimiz karyerasını niyə başa vurdu - SƏBƏB

Avropa çempionu olan güləşçimiz karyerasını niyə başa vurdu - SƏBƏB

Cümşüd “lyuk”a düşməyib - YENİ DETALLAR/VİDEO

Cümşüd “lyuk”a düşməyib - YENİ DETALLAR/VİDEO

Bu bürclər üçün həftənin sonu dönüş nöqtəsi OLACAQ

Bu bürclər üçün həftənin sonu dönüş nöqtəsi OLACAQ

SON DƏQİQƏ: Daha bir təyyarə qəzaya uğradı, ölənlər var - VİDEO

SON DƏQİQƏ: Daha bir təyyarə qəzaya uğradı, ölənlər var - VİDEO

Ayanın rəqsi MÜZAKİRƏ YARATDI - VİDEO

Ayanın rəqsi MÜZAKİRƏ YARATDI - VİDEO

Türkiyənin 47 vilayətində meşə massivlərinə giriş QADAĞAN EDİLDİ

Türkiyənin 47 vilayətində meşə massivlərinə giriş QADAĞAN EDİLDİ

"Barselona" Messiyə olan son borcunu ÖDƏYİR

"Barselona" Messiyə olan son borcunu ÖDƏYİR

Yekaterinburqda saxlanılan azərbaycanlılar sabah məhkəməyə çıxarılacaq, 5 nəfərin ölməsi xəbəri TƏSDİQLƏNMİR

Yekaterinburqda saxlanılan azərbaycanlılar sabah məhkəməyə çıxarılacaq, 5 nəfərin ölməsi xəbəri TƏSDİQLƏNMİR

Bakı-Quba yolunda AĞIR QƏZA: Ölən və yaralılar var -ÖZƏL FOTO

Bakı-Quba yolunda AĞIR QƏZA: Ölən və yaralılar var -ÖZƏL FOTO

“Emirates” Tehrana uçuşlara qoyulan qadağanı UZATDI

“Emirates” Tehrana uçuşlara qoyulan qadağanı UZATDI

Tolikin Almaniyada yaşayan anası ad gününə gəldi - VİDEO

Tolikin Almaniyada yaşayan anası ad gününə gəldi - VİDEO

End of content

No more pages to load

RADİO