Bir müddət öncə iti tərəfindən hücuma məruz qalan müğənni Əli Mirəliyevdən xəbər var.
Sənətçi özü Bizim.Media-ya səhhəti ilə bağlı açıqlama verib. Ə. Mirəliyev müalicəsinin başa çatdığını və yaxşı olduğunu bildirib:
MÖVZU İLƏ BAĞLI:
"Əli Mirəliyev normal danışa bilmir" - VİDEO
“Yaxşıyam, yavaş-yavaş düzəlirəm. Müalicəm bitdi, ayağa qalxdım, çəkilişlərə gedirəm. Yaxında efirdə görəcəksiniz. Heç bir problem yoxdur”.
Qeyd edək ki, sənətçi itin hücumu nəticəsində yıxılmış omba sümüyünü zədələmişdi. Əməliyyat olunan Ə. Mirəliyev evində müalicəsinə davam etmiş, ayağa qalxa bilmədiyini açıqlamışdı.
Sara, Bizim.Media