Bu gün Çaykovski adına Böyük Simfonik Orkestrin bütün musiqiçiləri İrandan Azərbaycana təxliyə olunub.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova özünün teleqram kanalında məlumat verib.
"Hamı sağ-salamatdır!" – deyə nazir yazıb.
O, həmçinin Rusiyanın Tehran və Bakıdakı səfirliklərinin əməkdaşlarına, eləcə də Azərbaycan və İranın hakimiyyət orqanlarına operativ və koordinasiyalı işlərinə görə dərin təşəkkürünü bildirib:
“Belə çətin vəziyyətdə kömək etdiklərinə görə minnətdarlıq əlaməti olaraq Bakıda konsert vermək qərarına gəldik. Konsert iyunun 16-da Azərbaycan Dövlət Filarmoniyasında baş tutacaq”.
Bizim.Media