Əməkdar artist Aybəniz Haşımova ötən həftə vəfat edən Xalq artisti Arif Babayevlə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, o, mərhumun fotosunu paylaşaraq bunları yazıb:
“7 gündür yoxsan, ustadım... Səni yoxluğunda daha da çox tanıyıram...
İşığın hələ də bizimlədi, amma özün yoxsan, ustadım. Bu 7 gün - 7 il kimi uzun gəldi.
Dünyanın hər səsi, hər nəfəsi sanki sənsiz daha soyuq, daha mənasızdır.
Bir sən var idin - ürəyimizə sözlə, səslə, sənətlə toxunan... İndi susuram... Çünki billur səslə oxumaq da sənə yaraşırdı.
Nə deyim sənə, dünya? Bülbül avazlı, təkrarsız, əvəzssiz Arif müəllimi də aldın apardın bizdən... indi, Şövkət xanıma qonşudur Arif müəllimim. Biz gələnədək bir-birinizdən muğayat olun”.
Sara, Bizim.Media