Aparıcı-prodüser Tarix Əliyev ötən gün vəfat edən Xalq artisti Arif Babayevlə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, bu barədə o, “İnstaqram”da post paylaşıb.
Tolik A. Babayevin ona sağlığında dediklərindən danışıb:
“Arif müəllim sağlığında bir dəfə mənə zəng vurdu və dedi: “Tolik, tələbələrim deyir ki, sən bütün muğam müəllimlərini və onların tələbələrini verilişlərinə dəvət edirsən. Amma bilirsən ki, mən efirlərə getmirəm.
Həqiqətən də, Arif müəllim nadir hallarda verilişlərə qatılırdı. Yalnız bir-iki istisna olub, məsələn, “El Nəğməsi” kimi proqramlarda iştirak etmişdi.
O söhbətdən sonra başa düşdüm ki, bu məsələ onu narahat edir. Mən də dərhal onun tələbələrini verilişə dəvət etdim. Arif müəllim bir neçə dəfə proqramıma zəng etmişdi, sonuncu dəfə isə ad günüm münasibətilə məni təbrik etdi. Bu mənim üçün böyük bir şərəf idi.
Bunları deməkdə məqsədim özümü önə çıxarmaq deyil. Sadəcə diqqət çəkmək istəyirəm ki, bu gün özlərini “xalqın sevimlisi” adlandıran bəzi müğənnilər var, amma sosial şəbəkələrinə baxın - Arif müəllim haqqında bir paylaşım belə etməyiblər.
Niyə? Çünki içlərində sənətə, ustada hörmət yoxdur. Onlar yalnız özlərini düşünürlər”.
Bizim.Media