Xəbər verildiyi kimi Xalq artisti Arif Babayev bu səhər saatlarında dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, mərhum sənətkarın nəşi hazırda Təzəpir Məscidindədir.
Xalq artistinin yaxınları, bir sıra rəsmilər və tanınmışlar da Təzəpir Məscidinə gəliblər.
Onlar arasında tanınmış teleaparıcı Lalə Azərtaş da var. O, Arif Babayevlə vidalaşarkən göz yaşlarına qərq olub.
Qeyd edək ki, mərhumun nəşi Təzəpir məscidindən Beynəlxalq Muğam Mərkəzinə aparılacaq. Orada Xalq artisti ilə vida mərasimi keçiriləcək. Daha sonra Arif Babayevin nəşfi dəfn üçün I Fəxri xiyabana aparılacaq.
Bizim.Media