"Kurtlar Vadisi" serialında Ömer Baba obrazı ilə tamaşaçıların yaddaşında qalan aktyor Emin Olcay sosial media hesabında yayımladığı açıqlamalarla həm serialın, həm də baş rol ifaçısı Necati Şaşmazın pərəstişkarlarını təəccübləndirib.
Bizim.Media xəbər verir ki, Olcayın sözlərinin hədəfində serialın baş qəhrəmanı Necati Şaşmaz və ssenarist Raci Şaşmaz olub.
Serialın yenidən çəkilməsi ilə bağlı fikirlərini bölüşən Emin Olcay, hər iki şəxsi sərt tənqid edərək bunları deyib:
“Kurtlar Vadisi” yenidən çəkilsə, oynamaram. Necati Şaşmaz və Raci Şaşmazdan çətinliklə qurtuldum; verdikləri sözlərə əməl etmədilər. Allah yollarını açıq etsin.”
Sözügedən açıqlama sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Bizim.Media