Əməkdar artist Fərqanə Qasımova müğənni Nigar Camalın geyimi ilə bağlı açıqlamasına reaksiya verib.
Bizim.Media xəbər verir ki, "Dream Fest"ə qatılan zaman qara bodidən istifadə edən Nigar açıq görünüşünə görə tənqid olunub.
Sənətçi isə buna cavab olaraq "Adi insanlar özlərini səhnə adamları ilə eyni tuturlarsa, bu, onlarda gözəl görünməz, normal deyil. Amma biz səhnədəyik, hər şey ola bilər. Belə daha maraqlı olur" sözlərini söyləyib.
F.Qasımova isə "@axsamaz" instaqram səhifəsində bu açıqlamaya şərh yazıb. Muğam ifaçısı "Kəsmə yollarla önə getmək əlbəttə çok rahatdır - türk qardaşlarımız demişkən" deyə, Nigara şərh bildirib. (Axşam.az)
Bizim.Media