Serdar Ortaç: “Bütün pullarım getsin, amma sağlamlığım qayıtsın”

Türkiyənin məşhur pop ifaçısı Serdar Ortaç şəxsi həyatına dair səmimi və bir o qədər də kədərli açıqlamalar verib.

Bizim.Media xəbər verir ki, o, youtuber Orkun Işıtmakın "Çəhrayı yalanlar" adlı proqramında iştirak edərək həm səhhətindəki problemləri, həm də qumar səbəbilə yaşadığı çətinlikləri etiraf edib.

Serdar Ortaç proqram zamanı yalan detektoruna qoşularaq, ona ünvanlanan suallara dürüst cavablar verib. Məşhur sənətçiyə "Qumarda 50 milyon dollara yaxın pul itirdiyiniz deyilir. Bu doğrudurmu?" sualı verildikdə, o cavabında dəqiq rəqəm açıqlamasa da etiraf edib:

"Sual belə verilsə daha düzgün olar: "Qumarda çox pul itirmisinizmi?" - Bəli, itirdim. Qumar iyrəncdir. Qumar ailəni, pulunu, evliliyini, sağlamlığını məhv edir. Məhv etməyəcəyi heç nə yoxdur. Sadəcə 3 lirə qazanmaq üçün 300 lirəni itirirsən".

Ortaç qumarın həyatında buraxdığı dərin izlərdən də danışıb:

"İntihar etmə nöqtəsinə gəlirsən. Psixoloji tarazlığın pozulur. Dostların səni tərk edir. Borc tapmağa çalışırsan, gecə saatlarında kimlərəsə zəng edib pul istəyirsən. Bu, insanın öz dəyərini aşağı salır".

Sənətçi, borclarını ödəmək üçün müəllif hüquqlarını başqalarına icarəyə verdiyini də bildirib. Lakin bunu "satmaq" adlandırmır:

"Bunu satmaq deyil. Sadəcə sən başqasına verirsən, o da sənin üçün toplayır. Çünki onları toplamağa gücüm çatmır. Bu gəlirlərimi bağışlayacağam. Qoy bir neçə qurum öz haqqını alsın. Onsuz da atam qədər, 69 yaşa qədər yaşasam yetərlidir".

MS xəstəliyindən əziyyət çəkən Ortaç "Pul xoşbəxtlik gətirirmi?" sualına isə bu ürəkağrıdan cavabı verib:

"Əlbəttə, pul xoşbəxtlik gətirir. Amma sağlamlığı ala bilməz. Pul yalnız saxta xoşbəxtlik gətirir. Mən bir lirə də istəmirəm, sadəcə əl-ayağımı geri istəyirəm. Bütün pullarım getsin, amma sağlamlığım qayıtsın". (Milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu dron cəbhə xəttindən yaralı əsgərləri təxliyə edəcək

Bu dron cəbhə xəttindən yaralı əsgərləri təxliyə edəcək

"Yaşayan Nostradamus"dan yeni bədbin PROQNOZ

"Yaşayan Nostradamus"dan yeni bədbin PROQNOZ

Yapon qadınlarından ömür uzunluğuna görə yeni DÜNYA REKORDU

Yapon qadınlarından ömür uzunluğuna görə yeni DÜNYA REKORDU

Bakıda ortaaylıq əməkhaqqı artdı

Bakıda ortaaylıq əməkhaqqı artdı

Bu insanlara xəbərdarlıq: Sabah...

Bu insanlara xəbərdarlıq: Sabah...

Fransada meşə yanır - Əhali təxliyə edilir

Fransada meşə yanır - Əhali təxliyə edilir

MTK-larla provayderlər arasında QARŞIDURMA: Zəif internetin səbəbi AÇIQLANDI

MTK-larla provayderlər arasında QARŞIDURMA: Zəif internetin səbəbi AÇIQLANDI

Arvadına toxunan sərxoş şəxsi bir zərbə ilə belə yerə sərdi - VİDEO

Arvadına toxunan sərxoş şəxsi bir zərbə ilə belə yerə sərdi - VİDEO

Arif Babayevin vəziyyəti açıqlandı

Arif Babayevin vəziyyəti açıqlandı

Polis çimərliklərdə vətəndaşlara bunu məsləhət görür - FOTO

Polis çimərliklərdə vətəndaşlara bunu məsləhət görür - FOTO

Masallıda da yanğın başladı - FOTO

Masallıda da yanğın başladı - FOTO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Yardımlıda möhtəşəm tapıntı: Daş qutu, küp və torpaq qəbir abidələri... - FOTO

Yardımlıda möhtəşəm tapıntı: Daş qutu, küp və torpaq qəbir abidələri... - FOTO

Şirvanlı çimərliyində antisanitariya: Zibil dənizə tökülür - FOTO

Şirvanlı çimərliyində antisanitariya: Zibil dənizə tökülür - FOTO

TƏBİB-dən toyda yıxılan gənclə bağlı AÇIQLAMA

TƏBİB-dən toyda yıxılan gənclə bağlı AÇIQLAMA

İran parlamentində telefondan istifadə qadağan edildi

İran parlamentində telefondan istifadə qadağan edildi

Qadınları ən çox dəli edən kişilər

Qadınları ən çox dəli edən kişilər

Avropada ən çox mobil telefon oğurlanan ÖLKƏ

Avropada ən çox mobil telefon oğurlanan ÖLKƏ

DİN-dən sürücülərə MÜRACİƏT: Bakıda bu yol bağlandı - FOTO

DİN-dən sürücülərə MÜRACİƏT: Bakıda bu yol bağlandı - FOTO

Ukrayna ordusu Sumıda əks-hücuma keçdi – Kənd geri alındı

Ukrayna ordusu Sumıda əks-hücuma keçdi – Kənd geri alındı

Şəkidə baş verən qəzanın ilkin TƏFƏRRÜATI açıqlandı - FOTO/VİDEO

Şəkidə baş verən qəzanın ilkin TƏFƏRRÜATI açıqlandı - FOTO/VİDEO

Dənizə düşən 21 yaşlı oğlanın yaxın günlərdə toyu olacaqmış - FOTO

Dənizə düşən 21 yaşlı oğlanın yaxın günlərdə toyu olacaqmış - FOTO

Polad Həşimovun adaşı dünyaya gəldi - FOTO

Polad Həşimovun adaşı dünyaya gəldi - FOTO

Serdar Ortaç: “Bütün pullarım getsin, amma sağlamlığım qayıtsın”

Serdar Ortaç: “Bütün pullarım getsin, amma sağlamlığım qayıtsın”

End of content

No more pages to load

RADİO