Uzun müddətdir ekranlardan uzaq qalan Sinem Kobal son günlərdə barəsində yayılan boşanma iddialarını həyat yoldaşı Kenan İmirzalıoğlu ilə birlikdə təkzib edib və ailələrinin güclü olduğunu əks etdirən fotoşəkilləri paylaşmışdı. Şəxsi həyatını gözlərdən uzaqda saxlamağa üstünlük verən uğurlu aktrisa bu dəfə imicindəki dəyişikliklə gündəmə gəlib.
Bizim.Media xəbər verir ki, uzun illər qoruduğu şabalıdı saç rəngindən imtina edən Kobal, yeni saç tərzi ilə köhnə enerjili görünüşünə qayıdıb.
Son həftələrdə sosial şəbəkələrdə cütlüyün evliliyində böhran yaşandığı və boşanacaqları barədə yayılan iddialar maqazin gündəmində böyük əks-səda doğurmuşdu.
Lakin İmirzalıoğlu və Kobal bu söz-söhbətlərə sürətli şəkildə reaksiya verərək iddiaları qətiyyətlə təkzib etdilər. Cütlüyün tətildə paylaşdığı xoşbəxt fotolar "Hər şey qaydasındadır" mesajı verdi.
Uzun müddət səssizliyə qərq olmuş və ekranlardan uzaq qalmış Sinem Kobal bu dəfə sosial media paylaşımları ilə gündəmə gəldi. Hazırda Çeşmədə istirahətdə olan aktrisa həyat yoldaşı Kenan İmirzalıoğlu ilə çəkdirdiyi fotolarla həm evliliklərinin sağlam olduğunu nümayiş etdirdi, həm də yeni imici ilə izləyicilərin diqqətini çəkdi. Saçlarını sarıya boyayan Kobal-ın son paylaşımı qısa zamanda minlərlə bəyəni topladı. (Milli.az)
Bizim.Media