Türkiyəli aktrisa Meral Kaplan 23 milyon lirə dələduzluq etməkdə təqsirləndirilir.
Bizim.Media Türkiyə KİV-ə istinadən xəbər verir ki, aktrisa Arnavutköydə dələduzluqla torpaq sahəsi satmaqda ittiham olunur.
O, polis bölməsinə aparılan sonra müvəqqəti ev dustaqlığına buraxılıb. İddia ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Qeyd edək ki, aktrisa son olaraq “Arka sokaklar” serialında rol alıb.
Bizim.Media