Türk seriallarını sevən tamaşaçılar bu sezon da ekranlardan ayrıla bilməyəcəklərr.
Bizim.Media xəbər verir ki, “serial paketi”nə daha ikisi əlavə olunur. Yazıçı Nahid Sırrının eyni adlı romanı əsasında çəkilən “Qısqanma” serialının ilk baş rolu “Ömər” serialından tanınan Səlahəddin Paşalıdır.
Onun tərəf müqabili isə gənc aktrisa Hafsanur Sancaktutan olacaq.
Serialda tanınmış oyunçulardan Özgü Namal və Mehmet Günsür də yer alır.
Digər serial isə Özge Yağız və Halit Özgür Sarının rol aldığı "Gözləri Karadeniz" serialıdır.
Serialın çəkilişləri Rizədə aparılır.
Bizim Media