Şairə Cığatel İsaqızı efirdə ona edilən hörmətsizlikdən söz açıb.
Bizim.Media xəbər verir ki, bu barədə o, “Günə bax” verilişində danışıb.
O, deyib ki, illər əvvəl efirdə bir aparıcı ona haqsızlıq edib: “Məni verilişə dəvət etmişdilər, şairə Cığatel İsaqızı kimi təqdim etdilər. Sonra bir şeir, söz yazan qadın gəldi. Onu da şairə kimi təqdim etdilər, dedim, olsun. Başladılar, onu tərifləməyə, mən də baxıram. Ona görə, tamaşaçılar dünyanı dağıtdılar ki, haqsızlıqdır, səni kimi şairi ona tay edirlər.
Üstəlik o adamın yanında mənə deyir ki, Cığatel şairdirmi? Veriliş də canlı gedir, Xalqın sevgisi var. Mən o adama nə deyim? Sən məni şair kimi təqdim edirsən, sonra iki cümləni yaza bilməyəni eyni şəkildə təqdim edirsən.
Həmin suala cavab verdim ki, bilmirəm, Nəriman Həsənzadə deyir, şairsən. Vəziyyətdən bu cür çıxdım, aparıcı böyük qüvvədir. Aparıcının da, həmin şairənin də ruhu, mənəviyyatı öldü”.
Sara, Bizim.Media