Kənan MM tamaşaçılardan GİLEYLƏNDİ - “Bədbəxt olmuşuq, ağlayanımız yoxdu”

Müasir dövrdə uğurlu reklam həm məhsulun təqdimatı, həm satış, həm də kiçik bir filmdir.

Qonşu Türkiyə və İran dəfələrlə kiçik reklam çarxları ilə sərhədləri aşıb mükafatlar alıb. Amma təəssüf ki, Azərbaycanda reklamlar gözləntilərimizə cavab vermir. Yerli reklamlar adətən ya süni alınır, ya da açıq-aşkar hiss olunur ki, hansısa xarici reklamı təqlid edirlər. Aktyorların reklamlardakı performansı, aktyorluq qabiliyyətinin aşağı olması isə çox vaxt tamaşaçıların məsxərəsinə tuş gəlir.  

Yerli reklamların gülüş doğuran səbəbləri nədir?

Ən böyük səbəblərdən biri yaradıcılığın olmamasıdır, mətn süni dialoqlarla doludur. Bir tərəfdən də aktyorların mübaliğəli, “kitab dili” rolun inandırıcı görünməsinə mane olur.

Tanınmış rejissor Kənan MM Bizim.Media-ya açıqlamasında bildirib ki, problem aktyor-rejissor işində deyil, reklam sənayesinin ümumi sistemindədir:

“Təbii ki, istisnalar var, hamıya şamil etmək ədalətli olmaz. Amma əsas problem ondadır ki, yaxşı çəkəndə deyirlər aktyor əla oynadı, pis çəkəndə rejissor yada düşür”.  

Məsələ burasındadır ki, bəzən məşhur, sevilən aktyorlar da reklama çəkilir, amma yenə də uğurlu alınmır. Bəzən aktyor sadəcə tanınmış olduğu üçün reklamda çəkilir, amma oradakı obrazla heç uyğun gəlmir.

“Bədbəxt aktyora nə deyirlər onu da eləyir. Sahibkar reklamı sifariş verəndə, ancaq öz məhsulunu həddən artıq təriflətmək istəyir. Bu da çox “abartılı” görünür. Məsələn yetkin kişidi, anasına deyir “anacan yeməyə nə var?” Burda müraciət də, səs tonu da yanlışdı. 30 yaşında adam anasına “anacan” demir axı”- deyə o, vurğulayıb.

Rejissorların aktyorlarla iş birliyinin zəifliyinə gəlincə isə Kənan MM tamaşaçılardan gileylənib:

“Bax siz hazır reklamı görəndə belə düşünürsünüz, amma belə deyil, bədbəxt olmuşuq e, ağlayanımız yoxdu”.

Şəfiqə Şəfa, Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xəyanətlərin səbəbləri BƏLLİ OLDU

Xəyanətlərin səbəbləri BƏLLİ OLDU

“Yaşayış minimumu haqqında” qanun DƏYİŞDİ – “Üç ay müddətində...”

“Yaşayış minimumu haqqında” qanun DƏYİŞDİ – “Üç ay müddətində...”

İlham Əliyev gürcüstanlı naziri qəbul etdi – FOTO

İlham Əliyev gürcüstanlı naziri qəbul etdi – FOTO

“Respublika” və “Xalq qəzeti”nin redaksiyaları BİRLƏŞDİRİLDİ – FƏRMAN

“Respublika” və “Xalq qəzeti”nin redaksiyaları BİRLƏŞDİRİLDİ – FƏRMAN

Ərdoğanın baş müşaviri vəfat etdi

Ərdoğanın baş müşaviri vəfat etdi

Milli Onkologiya Mərkəzinə 650 min manat AYRILDI

Milli Onkologiya Mərkəzinə 650 min manat AYRILDI

"WhatsApp"da yeni funskiya - Söhbətlərimizə nəzarət olunacaq

"WhatsApp"da yeni funskiya - Söhbətlərimizə nəzarət olunacaq

Türkiyədə tarixi gün! - Fotolar

Türkiyədə tarixi gün! - Fotolar

Bakıda polisdən qaçaraq xuliqanlıq edən motosiklet sürücüsü AXTARILIR – VİDEO

Bakıda polisdən qaçaraq xuliqanlıq edən motosiklet sürücüsü AXTARILIR – VİDEO

Aksessuarlarının qiyməti 24 mindən çoxdur - Fotolar

Aksessuarlarının qiyməti 24 mindən çoxdur - Fotolar

İlham Əliyevdən Monqolustan Prezidentinə MƏKTUB

İlham Əliyevdən Monqolustan Prezidentinə MƏKTUB

“Qarabağ” bir gündə iki oyuna ÇIXACAQ

“Qarabağ” bir gündə iki oyuna ÇIXACAQ

Abşeronda külli miqdarda silah-sursat AŞKARLANDI – FOTO/VİDEO

Abşeronda külli miqdarda silah-sursat AŞKARLANDI – FOTO/VİDEO

Jurnalistika ixtisasında qabiliyyət imtahanı LƏĞV EDİLİR?

Jurnalistika ixtisasında qabiliyyət imtahanı LƏĞV EDİLİR?

Rusiya Azərbaycan məhsullarını belə məhv etdi - Video

Rusiya Azərbaycan məhsullarını belə məhv etdi - Video

"Supermen" Tramp - FOTO

"Supermen" Tramp - FOTO

Mineral su, limonad, yoxsa çay? - İsti havada susuzluğu yatırmaq üçün ən yaxşı içkilər

Mineral su, limonad, yoxsa çay? - İsti havada susuzluğu yatırmaq üçün ən yaxşı içkilər

DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq

DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq

60 yaşında ərə gedir

60 yaşında ərə gedir

İcazəsiz yığımı QADAĞANDIR!

İcazəsiz yığımı QADAĞANDIR!

Təkcə saçının boyanmasına 134 min xərclənib...

Təkcə saçının boyanmasına 134 min xərclənib...

SON DƏQİQƏ! Ağdamda insan sümükləri AŞKARLANDI

SON DƏQİQƏ! Ağdamda insan sümükləri AŞKARLANDI

Tramp sülhdən əlini üzdü, Avropa hazırlıqlara BAŞLADI – Bəşəriyyət III Dünya Müharibəsinin ASTANASINDA

Tramp sülhdən əlini üzdü, Avropa hazırlıqlara BAŞLADI – Bəşəriyyət III Dünya Müharibəsinin ASTANASINDA

Çinin Sian Limanında ilk dəfə ADY-nin nümayəndəsi təyin edildi və konteyner meydançası açıldı – FOTO

Çinin Sian Limanında ilk dəfə ADY-nin nümayəndəsi təyin edildi və konteyner meydançası açıldı – FOTO

End of content

No more pages to load

RADİO