Uzun müddətdir ekranlardan uzaq bir həyat tərzi sürən aktrisa Sinem Kobal son günlər ərzində barəsində yayılan boşanma iddialarını həyat yoldaşı Kenan İmirzalıoğlu ilə birlikdə qəti şəkildə təkzib etmişdi. Şəxsi həyatını diqqətlərdən uzaq saxlamağa üstünlük verən Kobal bu dəfə illər sonra bikinili bir fotosunu paylaşaraq diqqətləri yenidən üzərinə çəkdi.
Bizim.Media haberler.com saytına istinadən xəbər verir ki, qızı Lalin ilə birlikdə istirahətə çıxan məşhur aktrisa paylaşdığı fotoda fit görünüşü ilə bəyənmə topladı və sosial şəbəkələrdə gündəmə çevrildi.
Qeyd edək ki, Kenan İmirzalıoğlu və Sinem Kobal cütlüyü 2014-cü ildə ortaq dostlarının təşkil etdiyi bir ad günü mərasimində tanış olmuş və sevgi münasibətinə başlamışdı. Əvvəllər münasibətlərini ictimaiyyətə açıqlamayan cütlük, 2015-ci ildə əl-ələ görüntüləndikdən sonra eşqlərini rəsmi şəkildə elan etmişdi. Qısa müddətdə Türkiyə mediasının ən çox danışılan cütlüklərindən biri olan Kobal və İmirzalıoğlu 14 may 2016-cı ildə Ayvalıq Cunda Adasında, Ortunç körfəzində baş tutan nağıl kimi bir toyla evlənmişdi.
Son günlər cütlüyün evliliyi ilə bağlı sosial mediada yayılan “boşanırlar” iddiaları gündəmi sarsıtmışdı. Lakin Sinem və Kenan bu xəbərləri tez bir zamanda təkzib edərək evliliklərini davam etdirdiklərini aydın şəkildə göstərmişdilər.
Bizim.Media