Türkiyənin reytinqli “Yetenek sizsiniz Türkiye” müsabiqəsində azərbaycanlı xanımın çıxışı gündəm olub.
Bizim.Media xəbər verir ki, Günay Nuriyeva adlı gimnast xanım həyat hekayəsi ilə münsifləri təsirləndirib.
Belə ki, o, 9 yaşına qədər yeriyə və danışa bilmədiyini söyləyib:
“Bu səbəblə atam məni tərk etdi. Məhdudiyyətli qız istəmədiyini dedi. İndi o, məni hər yerdən izləyir. Amma bu, çox pis hissdir”.
Günayın bu sözləri münsifləri kövrəldib. O, birinci turu uğurla tamamlayıb.
Sara, Bizim.Media