Müğənni Rəqsanə İsmayılova qızı Aysun İsmayılovanın keçmiş həyat yoldaşı Ramil Vəliyevlə bağlı açıqlama verib.
Bizim.Media xəbər verir ki, Rəqsanə Ramilin qızı ilə görüşündən danışıb:
“Baxıram ki, atası ilə Sevginin şəkillərini paylaşırlar. Bu, normaldır. Onun övladıdır, görmək haqqıdır. Qızlar ataya bağlı olurlar, əlbəttə atası övladını görəcək, axtaracaq”.
Qeyd edək ki, Aysun Ramillə ayrıldıqdan sonra onun qızı ilə görüşmədiyini demişdi. Ötən günlərdə vəkil övladı ilə fotosunu paylaşıb.
Sara, Bizim.Media