Pakistanda aktrisa evində ölü tapılıb. Hadisə Kəraçi şəhərində qeydə alınıb.
Bizim.Media xəbər verir ki, məhkəmə ev sahibinin kirayə borcu ilə bağlı iddiasından sonra mənzilə zorla daxil olub kirayəçinin çıxarılmasına qərar verib. Polis əməkdaşları qərara əsasən qapını sındıraraq, tanınmış aktrisa və model Humayra Asqarın yaşadığı həmin mənzilə daxil olublar.
Bu zaman polislər 32 yaşlı aktrisanın çürümüş meyiti ilə qarşılaşıblar.
Məhkəmə-tibbi eksperti ilkin baxış zamanı qızın təxminən 20 gün əvvəl öldüyünü iddia edib.
Bizim.Media