Müğənni Rəqsanə İsmayılova həyat yoldaşı Fazil Əmiraslanovla boşanma iddialarını yalanlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə o, canlı yayımda danışıb.
İfaçı deyib ki, ailəsində heç bir problem yoxdur:
“Harada demişəm ki, boşanmışam? Heç yerdə deməmişəm. O kişini zorla tapmışam, onu harasa getməyə qoyaram?! Başa düşmürəm, boşansam, məni alacaqsız? Ya Fazil müəllimə ərə gedən olacaq?
Elə adamlar zəng vurur ki, deyirəm, camaatın işi-gücü qurtarıb. Bizim mahnımız var, deyir, “Boşandıq, bitdi”.
O mahnı sifarişlə yazılıb, bizimlə əlaqəsi yoxdur. Hamınıza mənim ailəm maraqlıdır. Narahat olanlara demək istəyirəm ki, narahat olmağa dəyməz. Ailəmdə heç bir problem yoxdur. Hər şey öz qaydasındadır.
Mənim ərim heç vaxt ailəmizi atıb, getməz. Fazil müəllim uşaq deyil, çox ağıllı kişidir. Bilir ki, uşaqları onsuz qalmaz. Hər şey normal və yaxşıdır. Ərim hazırda Türkiyədədir. Yoxsa üzünü göstərədim, lazım olsa, zəng edərəm, səsini eşidərsiniz, görərsiniz ki, hər şey qaydasındadır. Söz-söhbət hamının ailəsində ola bilər”.
Sara, Bizim.Media