Müğənni Arzu Mirzəyeva həmkarı Ofelya Şabanovanı tənqid edib.
Bizim.Media xəbər verir ki, bu barədə o, “Rəngarəng”də danışıb.
Arzu Ofelyanın əri ilə bağlı açıqlamalarına irad bildirib:
“Həyat yoldaşım mənim başımın tacıdır, corabını yuyuram. Amma onu efirdə danışmaq mənasızdır. Çox qabardılmış bir şeydir. Texnika inkişaf edib, paltaryuyan maşın var. Həyat yoldaşım “ayağımı yu” desə, “baş üstə” deyərəm. Elə şeylərə icazə vermir, amma istəsə, niyə də yox?
Əgər həyat yoldaşındırsa, etməlisən. Amma bunu deməməlisən. Efirdə deməyin nə mənası var? Hamının həyat yoldaşı var, hamı həyat yoldaşının corabını yuyub, dırnağını kəsir. Bunu hər dəfə efirdə danışmaq... Ofelyayla qarşılaşmamışam, görsəm, özünə öz fikrimi deyərəm. Başa düşürəm, sevirsən”.
Sara, Bizim.Media