5 iyul tarixində elektron musiqi səhnəsinin ən tanınmış simalarından biri olan DJ və prodüser Mahmut Orhan kurort şəhəri olan Sea Breeze-də açıq havada eksklüziv setlə çıxış edib.
Bizim.Media xəbər verir ki, Mahmut Orhan başgicəlləndirici canlı çıxışlar, milyonlarla dinlənmə və beynəlxalq festivallarla assosiasiya olunur. Onun trekləri dəfələrlə Billboard və Shazam da daxil olmaqla, dünya çartlarının zirvəsində yer alıb, remiks və orijinal kompozisiyaları nüfuzlu musiqi mükafatlarına layiq görülüb.
O, Golden Panther Music Award və Dance Music Award kimi beynəlxalq mükafatlara sahib olub, həmçinin Coachella, Ultra Music Festival, Art of the Wild və Zamna Tulum kimi dünyanın ən böyük festivallarında çıxış edib.
Dream Group International və iTicket Production tərəfindən təşkil olunmuş konsertdən əvvəl DJ Monnarsh və DJ Arodes rəqs meydançasını "qızışdırıblar".
Həmin gün Sea Breeze Walk of Fame-də Mahmut Orhanın adını daşıyan ulduz açılıb.
Sea Breeze-in təsisçisi Emin Ağalarov səhnəyə qalxaraq sənətçini şəxsən təbrik edib.
Fotoşəkillər Sea Breeze Resort-un mətbuat xidməti tərəfindən təqdim olunub.
Bizim.Media