Türkiyəli aktrisa Zerrin Tekindorun yeni layihəsi bəlli olub.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa 2 illik fasilədən sonra “Çok Uzak, Çok Yakın” serialı ilə ekranlara qayıdır.
O, layihədə “İlter” obrazına həyat verəcək.
NOW kanalında yayımlanması planlaşdırılan serialda baş rolları Funda Eryiğit ile Caner Cindoruk canlandıracaq.
Qeyd edək ki, Tekindor bir vaxtlar yayımlanan məşhur “Aşk-ı Memnu” serialında “Matmazel” obrazını canlandırıb. O, sonuncu dəfə 2023-cü ildə “Yüz Yıllık Mucize” serialında çəkilib.
Bizim.Media