Müğənni İlahə İbadova keçmiş həyat yoldaşı Mirsaleh Əliyevlə bağlı qalmaqallı açıqlama verib.
Bizim.Media xəbər verir ki, bu barədə sənətçi “Qonaqcanlı”da danışıb.
İlahə deyib ki, Mirsaleh hələ də qızı ilə görüşməyib:
“Atası qızıma dəstək olmur. Keçmiş qayınanamla danışıram, münasibətim var. Ümumiyyətlə, atası zəng etmir, əlaqəsi yoxdur. Ailə qurmamışdan əvvəl də dəstək olmurdu. Bəzi musiqiçilər məni görəndə deyirlər ki, “Mirsaleh dəstək olduğunu deyir”, amma dəstək olsa, deyərəm.
Uşağımın 16 yaşı var, sonuncu dəfə 14 il əvvəl onu görüb. Bunu musiqiçilərin yanında demə, ən azından bilənlər bilir. Görüşmürsən, boynuna al ki, görüşmürük. Alimenti də ödəmirdi, 10 il sonra ödədi. Onu da özü yox, anası ödəyir”.
Sara, Bizim.Media