Türkiyəli müğənni Sinan Akçıl və aparıcı Ece Erkenin sevgili olduğu ortaya çıxıb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, cütlük Samsun Hava Limanında əl-ələ görüntülənib. Onlar kənardan lentə alındıqlarını görərək əllərini ayırıblar.
İkilinin görüntüləri sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
Həmçinin Erken instaqram hesabında Akçılın üzünü bağlayaraq oğlu ilə birgə fotosunu paylaşıb.
Bizim.Media