Türkiyənin məşhur serialı “Yargı”nın komandası yeni ekran işi hazırlayır.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
“Sahtekarlar” adlı serialın ssenarisini Sema Ergenekon hazırlayıb.
Ali Bilginin rejissorluq edəcəyi serialda baş rolu “Ay Yapım” ilə anlaşan Hilal Altınbilek canlandıracaq.
Onun tərəf müqabili kimi Kenan İmirzalıoğlu və Kaan Urgancıoğlu kimi ulduz adlar müzakirə edilir.
Qeyd edək ki, “Sahtekarlar” “NOW” TV-də yayımlanacaq. (qafqazinfo.az)
Bizim.Media