Xalq artisti Aygün Kazımova ötən gün məkanlardan birində çıxış edib.
Bizim.Media xəbər verir ki, gecədə bir çox maraqlı anlar yaşanıb.
Sevənləri üçün hit mahnılarını oxuyan Pop kraliça onlarla söhbətiylə də yadda qalıb.
Səhnəyə çıxan balaca fanatları ilə Kazımova arasında maraqlı dialoq keçib. Balaca qız Kazımovaya çiçək dəstəsi və öz oyuncağını hədiyyə edib. İfaçı isə oyuncağı ona qaytararaq, öz gəlinciyini də ona bağışlayacağını deyib.
Digər bir fanatı isə "Çox gözəl görünürsünüz. Hər zamankı kimi gözəlsiniz" deyərək Divaya sevgisini ifadə edib. (axsam.az)
Bizim.Media