Şairə Nazilə Səfərli Şəbnəm Tovuzlunu “dollar yağışı”na tutan, narkotik alverçisi kimi saxlanılan ailədən danışıb.
Bizim.Media xəbər verir ki, Nazilə bununla bağlı instaqramda video paylaşıb.
O iddia edib ki, həmin ailə narkotik alveri ilə məşğul olmur:
“Soğanlıdakı qadın o işlə məşğul deyil. Zəng edib maraqlanmışam. Sadəcə ictimailəşib, hamı görüb ki, pul xərcləyir, qızıl paylayır. O qadının atası ilə qardaşı ard-arda ölüb. Uzun müddət yasda olub, qol qaldırıb, oynamayıb, onun toyunda olmamışam, ondan bir qəpik xeyir görməmişəm. Müğənnilər gedib, onlara jest edib, qızlara xeyirdir ki, “baxın mənə nələr edirlər”. Həmin videoları paxıl adamlar göndərirlər. Soruşmuşam, deyirlər, o qadın o işlə məşğul deyil”.
Qeyd edək ki, Şəbnəm Tovuzlunu “dollar yağışı”na tutan şəxslərin - Ofeliya və “Luka” ləqəbli oğlunun narkotik alverçisi olduğu ilə bağlı xəbərlər yayılıb.
Gürcüstanını Daxili İşlər Nazirliyinin (DİN) keçirdiyi əməliyyat nəticəsində həmin ailənin üzvləri saxlanıldığı bildirilib.
Sara, Bizim.Media