Müğənni Mənzurə Musayeva evlərinin sayını açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Rəngarəng”də danışıb.
Mənzurə deyib ki, ailəsinin yükünü daim öz üzərinə götürüb:
“On beş yaşımdan pul qazanıram, yığa bilmirəm. Beş uşağıq, evdə yük mənim üstümə düşüb. Qurban olduğum yetirib. Bir-iki evim var, səhhətində problem olsa, özünə ehtiyac kimi saxlayırsan ki, satıb, kiməsə ağız açmayasan. Deməsinlər ki, “illərdir oxuyursan, qazandığın hara getdi?””.
Sara, Bizim.Media