Əməkdar artist Dilarə Əliyeva qardaşı, aktyor Vüsal Murtuzəliyevin səhhəti ilə bağlı açıqlama verib.
Sənətçi bu barədə Bizim.Media-ya danışıb.
O bildirib ki, qardaşı hazırda yaxşıdır:
“Vəziyyəti qənaətbəxşdir. Kompüter Tommoqrafiyasının cavabı göstərdi ki, yüksək təzyiqdən qansızma olub. Dünən reanimasiyada müdaxilə edildi. İndi xəstəliyin dinamikası izənilir. Narahat olmayın, nəzarətdədir”.
Qeyd edək ki, dünən tanınmış aktyor Vüsal Murtuzəliyevin səhhətində ciddi problem yaranıb.
Həkim müayinəsindən sonra ona dəqiqləşdirilməmiş beyindaxili qansızma diaqnozu təyin edilib və müvafiq şöbəyə yerləşdirilib.
Sara, Bizim.Media