Müğənni Aysel Əlizadə açıqlamaları ilə diqqət çəkib.
Bizim.Media xəbər verir ki, o, “106.3FM”də əvvəl çalışdığı sahələrdən danışıb:
“Tez böyümüşəm. 16 yaşımda həyata atılmışam, işləmişəm. Çünki ailəmə dəstək olmaq istəmişəm.
Mən gözəllik salonunda işləyirdim, yer süpürürdüm, bir manat alırdım. Bundan utanmıram, əksinə qürur duyuram”.
Sara, Bizim.Media